Ölkə
Gəncədə iki avtomobil toqquşdu – Xəsarət alan var


Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Fətullah Həsənov küçəsində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan “Opel” markalı avtomobillə, “Chevrolet” markalı maşın toqquşub.
Qəza zamanı 1986-cı il təvəllüdlü Ramal Verdiyev xəsarət alıb, maşınlara isə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma başlanılıb.



