AZERFAX TV

“Terrorsuz Türkiyə” qanun layihəsi TBMM-də qəbul olundu

“Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanan “Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında” qanun layihəsi avqustun 10-də Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib.

AZERFAX.AZ xəbər verir ki, 562 deputatdan 468-i layihənin lehinə səs verib.

Qeyd edək ki, 12 maddədən ibarət olan qanunvericilik təşəbbüsünün məqsədi zorakılıq yolundan imtina etmiş cinayətkar təşkilat üzvlərinin cəmiyyətə yenidən inteqrasiyasının təmin olunmasıdır. Sənədə əsasən, terror təşkilatının tərkibində törətdikləri qanunazidd əməllərə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şəxslər barəsində cəzanın icrası 5 il müddətinə təxirə salına biləcək. Əməllərinə görə 15 ildən artıq və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şəxslər üçün isə bu müddət 10 il olacaq. Cəzanın icrasının təxirə salınması iddia müddətinin başa çatmasına görə cinayət məsuliyyətindən azad edilmək üçün əsas hesab olunmayacaq.

Ancaq qanundan yararlanmağın mümkün olmadığı hallar da var. Belə ki, terrorçu PKK-nın rəhbərləri, qəsdən adamöldürmə cinayəti törətmiş terrorçular, habelə 2005-ci il iyunun 1-dək ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan, xüsusilə, ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslər çərçivə qanununun tələblərindən yararlana bilməyəcəklər.

Related Articles

Bir cavab yazın

Back to top button