ÖlkəRegionSosial

Gəncədə yerləşən Hüseyniyyə (Tatlar) məscidi təmir-bərpa olunacaq?

Gəncədə keçirilməsi planlaşdırılan III MDB Oyunları çərçivəsində şəhərə gələcək turistlərin ibadətlərini yerinə yetirmələri üçün dini ocaqlarda lazımi şəraitin yaradılması diqqət mərkəzində saxlanılır.

AZERFAX.az-ın Qərb bürosunun məlumatına görə, bu məqsədlə Gəncə şəhərinin Hüseyin Cavid küçəsində yerləşən Hüseyniyyə (Tatlar) məscidinin təmir-bərpası nəzərdə tutulur.

Qeyd edək ki, XIX əsrdə inşa edilən Hüseyniyyə (Tatlar) məscidi əvvəllər mədrəsə, sonralar isə məscid kimi fəaliyyət göstərib. Hazırda bu tarixi-dini abidədə təmir-bərpa işlərinin aparılmasına zərurət yaranıb.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində olublar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button