Günəş panelləri suyun altına yerləşdirildi


Çinli alimlər günəş enerjisindən su altında da istifadə imkanlarını araşdıran diqqətçəkən təcrübə həyata keçiriblər.
AZERFAX.AZ xəbər verir ki, xüsusi hazırlanmış günəş panelləri Cənubi Çin dənizində təxminən 10 metr dərinliyə yerləşdirilib və litium-ion batareyaları doldura biləcək qədər elektrik enerjisi istehsal edib. Məlumata görə, tədqiqatçılar suyun qırmızı və infraqırmızı işığı böyük ölçüdə udmasından, mavi və yaşıl işığın isə daha dərin qatlara çatmasından yararlanıblar. Araşdırmaçılar bu işıq dalğa uzunluqlarına uyğunlaşdırılmış perovskit əsaslı günəş elementləri hazırlayıblar. Məlumata görə, laboratoriya sınaqlarında kiçik elementlərdə 34,71 faiz, daha böyük modullarda isə 29,4 faiz səmərəlilik əldə edilib.
Tədqiqatın su altında fəaliyyət göstərən robotlar və dəniz tədqiqat sistemləri üçün yeni enerji mənbəyinin yaradılmasına imkan verə biləcəyi bildirilib.



