Ölkə
Messi tarixi qollara imza atdı

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın qrup mərhələsinin II turunda, Avstriya yığmasına qarşı oyunda dubl edərək tarixində yeni rekordu müəyyənləşdirib.
AZERFAX.AZ xəbər verir ki, bu, Messi üçün dünya çempionatlarındakı 18-ci qol olub.
Beləliklə, o, 2014-cü ildən bu siyahıya başçılıq edən Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloseni (16 qol) geridə qoyaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib.
Qeyd edək ki, Argentina Avstriyanı 2:0 hesbaı ilə məğlub edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



