Ölkə

Mourinyo dünya çempionatının favoritlərini açıqladı

Joze Mourinyo 2026-cı il dünya çempionatı ilə bağlı açıqlama verib.

AZERFAX.AZ xəbər verir ki, o, “Real Madrid” futbolçularının turnirdən tez ayrılaraq mövsümöncəsi hazırlığa qayıtmasını istədiyini deyib. Mourinyo bunu yeni mövsümə daha yaxşı hazırlaşmaq arzusu ilə əlaqələndirib. Portuqaliyalı mütəxəssis turnirin ilk oyunlarının onu tam cəlb etmədiyini də bildirib. Onun sözlərinə görə, dünya çempionatında böyük hesablı qələbələrə rast gəlmək çətindir. Mourinyo yarışı əsasən 1/8 final mərhələsindən etibarən diqqətlə izləyəcəyini vurğulayıb.

O, İngiltərə, Fransa, İspaniya, Argentina, Braziliya və Portuqaliyanı turnirin əsas favoritləri adlandırıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button