Ölkə

“Nvidia” tarixə düşdü


Süni intellekt çiplərinə rekord tələbat ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin tarixə düşməsinə səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, şirkətin səhmləri 5 trilyon dollara çataraq dünyada bu səviyyəyə çatan ilk şirkət olub. 2023-cü ildə ilk dəfə 1 trilyon dollar dəyərinə çatan şirkət, bundan əvvəl 4 trilyon dollarlıq həddi aşmışdı. Ardınca “Nvidia”nın səhmləri 5,6 faiz artaraq 212 dolları ötüb. Məlumata görə, şirkətin dəyəri hazırda ABŞ və Çin istisna olmaqla bütün ölkələrin ümumi daxili məhsulunu üstələyir. Dünya Bankının məlumatlarına görə, “Nvidia”nın səhmləri S&P 500 indeksindəki bir çox sektorun ümumi dəyərindən yüksəkdir.


Qeyd edək ki, bundan əvvəl “Microsoft” və “Apple” şirkətlərinin səhmlərinin qiyməti 4 trilyon dollarlıq həddi keçib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button