Ontario gölünün adı dəyişir


ABŞ Geoloji Xidməti (USGS) Ontario gölünün adını rəsmi sənədlərdə “Amerika gölü” olaraq dəyişdirməyə hazırlaşır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ağ Evin “X” hesabında USGS direktoru Ned Mamulanın məktubuna istinadən məlumat yayılıb.
Bildirilib ki, Ontario gölünün yeni adı USGS-in elektron sənədlərində artıq tətbiq olunur. Çap materiallarında isə dəyişiklik yaxın günlərdə qüvvəyə minəcək.
Ad dəyişikliyi Coğrafi Adlar Məlumat Sistemində (GNIS) də rəsmiləşdirilib. Belə ki, sistemdə gölü axtarmaq üçün artıq “Amerika gölü” ifadəsindən istifadə edilməlidir. Bununla belə, GNIS xəritəsində gölün üzərində hələ də “Ontario gölü” adı göstərilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl gölün adının dəyişdiriləcəyini açıqlamış və bununla bağlı bütün lazımi sənədlərin hazırlandığını bildirmişdi.



