Ölkə

Pakistanda qarşıdurma – Çox sayda ölü var


Pakistan təhlükəsizlik qüvvələri Ravalakot bölgəsində yaraqlıların olduğu barədə kəşfiyyat məlumatından sonra əməliyyata başlayıb.

AZERFAX.AZ xəbər verir ki, əməliyyat zamanı qarşıdurma qeydə alınıb. Qarşıdurmada 2 polisin öldüyü, 4 yaraqlının öldürüldüyü açıqlanıb. Polisin məlumatına görə, zərərsizləşdirilən yaraqlılar “Pakistan Talibanı” qruplaşmasının üzvləri olub.


Qeyd edək ki, Pakistanda silahlı hücumlar xüsusilə Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində müşahidə edilir. Hər iki əyalətdə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar təşkil edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button