Ölkə

“Qalatasaray” Sanenin əvəzinə onu istəyir

“Qalatasaray” Leroy Saneni klubdan göndərə bilər.

AZERFAX.AZ xəbər verir ki, futbolçunun klubdakı karyerası onun performansından asılı olacaq. Məlumata görə, Almaniya millisinin üzvü bu mövsüm meydana çıxdığı 7 oyunda komandasına heç bir qol və ya məhsuldar ötürmə ilə kömək edə bilməyib. Sane mövsümün fasiləsinə qədər uğurlu çıxış etməsə, İstanbul təmsilçisinin onunla yolları ayırmaq variantını nəzərdən keçirəcəyi bildirilir. Bildirilib ki, Səudiyyə Ərəbistanının “Əl-Qadsiyə” klubu 30 yaşlı futbolçu ilə maraqlanır. İddialara görə, “Qalatasaray” Sanenin yerinə “Kristal Pelas”da çıxış edən İsmaila Sarrı transfer etməkdə maraqlıdır.

Qeyd edək ki, İsmaila Sarr bu mövsüm keçirdiyi zədə səbəbindən “Kristal Pelas”ın heyətində 2 matçda meydana çıxıb və ümumilikdə 24 dəqiqə oynayıb.

Related Articles

Bir cavab yazın

Back to top button