Ölkə
Qaxda 7 kiloqramdan çox narkotik aşkarlandı – 2 nəfər saxlanıldı


Qax Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
AZERFAX.AZ xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



