Ölkə

Qonşuda “Afrika istisi” gözlənilir – Bu tarixdə

Türkiyədə yay mövsümünün son günləri yaşansa da, isti hava hələ ölkəni tərk etmir. Qonşu ölkəyə Afrikadan gələn yeni isti hava dalğasının daxil olacağı bildirilir.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, meteoroloji mənbələrin məlumatına görə, Afrika üzərindən gələn isti hava kütləsi Türkiyədə temperaturun yenidən yüksəlməsinə səbəb olacaq.

Məlumata əsasən, “səhra istisi” kimi xarakterizə olunan hava dalğasının təsiri ilə temperatur bəzi ərazilərdə mövsüm normalarından xeyli yüksək olacaq.

Meteoroloqlar isti hava dalğasının xüsusilə sentyabrın 12-13-də daha güclü hiss ediləcəyini bildiriblər. Həmin günlərdə Türkiyənin bir çox bölgəsində havanın normadan daha isti keçəcəyi gözlənilir.

Mütəxəssislər vətəndaşlara həftəsonu artacaq temperaturla əlaqədar diqqətli olmağı tövsiyə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button