Ronaldodan Messinin vida paylaşımına diqqətçəkən reaksiya


Kriştiano Ronaldo uzun illər rəqabət apardığı Lionel Messinin Argentina millisindəki karyerasını yekunlaşdırması ilə bağlı paylaşımına münasibət bildirib.
AZERFAX.AZ xəbər verir ki, Ronaldo, argentinalı ulduzun paylaşımının şərh bölməsinə rəy yazıb. Portuqaliyalı futbolçu Messinin illər ərzində ölkəsi üçün gördüyü işləri yüksək qiymətləndirərək, Argentina ilə qazandığı uğurlara sonsuz hörmət bəslədiyini vurğulayıb. “Leo, illərdir ölkənə sahib çıxırsan və əbədi xatırlanacaq bir hekayə yazmısan. Argentina ilə qazandığın uğurlara duyduğum hörmət sonsuzdur. Səni qucaqlayıram”, – deyə Ronaldo qeyd edib.
Qeyd edək ki, Lionel Messi Argentina millisinin Beninə 3:0 hesabı ilə qalib gəldiyi hazırlıq matçında son dəfə ölkəsinin formasını geyinib. 39 yaşlı futbolçu vida paylaşımında bu formanı geyinməyi darıxacağını, keçdiyi yola görə minnətdar olduğunu və ailəsinə, komanda yoldaşlarına və məşqçilərinə təşəkkür etdiyini bildirib.



