Ölkə

Şəmkirdə sürücü sükan arxasında öldü

Şəmkir rayonunda sürücü sükan arxasında ölüb.

AZERFAX.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 6-sı saat 18 radələrində Şəmkir şəhəri ərazisində baş verib.

Şəhər sakini 1968-ci il təvəllüdlü Natiq Əlirza oğlu Əsgərov idarə etdiyi VAZ-21074 markalı avtomobildə hərəkətdə olarkən qəfil halı pisləşib və maşın səkiyə çırpılıb. Sürücü ürək çatışmazlığından sükan arxasında dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button