Ölkə

Serdar Ortaç vəsiyyətini açıqladı

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç vəsiyyətini açıqalyıb.

AZERFAX.AZ xəbər verir ki, sənətçi bu barədə ötən gün verdiyi konsertdən əvvəl danışıb. Ortaç sahib olduğu varidatdan onunla birlikdə çalışan əməkdaşlara və uzun illər əvvəl dünyasınə dəyişən qardaşının övladlarına pay ayırdığını bildirib: “Oğul-uşağım olmadığı üçün onlara mal-mülk qoymağa ehtiyac qalmır. Komandamın fədakar üzvləri neçə illərdi mənimlə birlikdə çalışır, kaprizlərimə dözürlər. Vəsiyyət etmişəm ki, mən öləndən sonra evimi satıb pulunu qardaşım uşaqları ilə komandamın üzvləri arasında bölsünlər”.

Qeyd edək ki, Serdar Ortaçın İstanbulun İstinye bölgəsində dəbdəbəli malikanəsi var. 12 otaqdan ibarət olan mülkün dəyəri 75 milyon lirə (təxminən 2 milyon 600 min manat) qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button