Torpağın üzərinə tualet kağızı sərdilər


Türkiyədə qızmar yaydan sonra quruyan və saralan torpaqları bərpa etmək üçün qeyri-adi üsuldan istifadə olunur. Belə ki, bəzi ərazilərdə torpağın üzərinə metrlərlə tualet kağızı sərilir.
AZERFAX.AZ xəbər verir ki, ilk baxışda qəribə görünən bu üsulun məqsədi torpağın nəmliyini qorumaq və üzvi maddələrin parçalanmasından faydalanmaqdır. Xüsusilə havaların sərinləşdiyi sentyabr ayı bu proses üçün əlverişli dövr hesab olunur.
Yüksək temperatur və günəş şüaları yay aylarında torpağın qurumasına, bitki örtüyünün isə zəifləməsinə səbəb olur. Tualet kağızının torpağın üzərinə sərilməsi onun nəm saxlamasına və zamanla parçalanaraq üzvi maddəyə çevrilməsinə şərait yarada bilər.
Bu üsulda kağız qurumuş əraziyə sərildikdən sonra üzəri torpaq və ya digər üzvi materialla örtülür. Bununla da kağızın torpaqla təması artırılır və parçalanma prosesi sürətlənir.
Qeyd edək ki, bu məqsədlə istifadə olunan kağızın tərkibi də önəmlidir. Ətir, boya və digər əlavə kimyəvi maddələr ehtiva edən məhsullardan istifadə etmək məsləhət görülmür.
Mütəxəssislərin fikrincə, torpağın münbitliyini artırmaq üçün kompost və digər üzvi maddələrdən istifadə daha etibarlı üsullardan biridir.



