Ölkə
Trampın helikopteri sərnişin təyyarəsinə normadan artıq yaxınlaşıb


ABŞ Prezidenti Donald Trampı daşıyan Marine One hərbi helikopteri Vaşinqtondakı Ronald Reyqan Milli Hava Limanından havaya qalxan sərnişin təyyarəsinə təhlükəsiz məsafədən artıq yaxınlaşıb.
AZERFAX.AZ xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) insident zamanı prezidentin təhlükə ilə üzləşmədiyini bildirib. Qurumun məlumatına görə, hava gəmiləri arasında qısa müddət ərzində təhlükəsiz məsafə pozulsa da, daha sonra onlar bir-birindən uzaqlaşıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Həm Trampın helikopteri, həm də sərnişin təyyarəsi uçuşunu təhlükəsiz şəkildə başa çatdırıb.



