Ölkə

Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə Super Liqasında çıxış edən “Samsunspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Klub xorvatiyalı mütəxəssis Nenad Bjelitsa ilə mövsümün sonunadək ilkin razılıq əldə edib.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, almaniyalı baş məşqçi Torsten Finklə yollarını ayıran “Samsunspor” onun əvəzləyicisini müəyyənləşdirib.

Klubun yaydığı rəsmi açıqlamada Nenad Bjelitsa ilə mövsümün sonunadək razılıq əldə olunduğu bildirilib. Məlumata görə, xorvatiyalı mütəxəssis məşqçilər heyəti ilə birlikdə oktyabrın 14-də xüsusi təyyarə ilə Samsuna gələcək. Razılaşmanın digər detalları ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı qeyd olunub.

Qeyd edək ki, Nenad Bjelitsa Türkiyə futboluna yad mütəxəssis deyil. O, 2023-cü ilin aprel-oktyabr aylarında “Trabzonspor” komandasına rəhbərlik edib.

55 yaşlı məşqçinin rəhbərliyi altında Trabzon təmsilçisi 16 rəsmi oyuna çıxıb. Bu qarşılaşmaların 8-də qələbə qazanan komanda digər 8 görüşdə məğlub olub.

Related Articles

Bir cavab yazın

Back to top button