Ölkə
Türkiyədə ağır yol qəzası – Ölənlər var


Türkiyənin Qaziantep vilayətində sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
AZERFAX.AZ “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Qəza Nurdağı rayonunda Qaziantep-Osmaniyə avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, şəhərlərarası avtobus minik avtomobili ilə toqquşduqdan sonra aşıb. İlkin məlumata əsasən, avtobus yerli sakinləri daşıyıb.



