Ölkə
Zədəli halda fərqləndi, komandası çempion oldu

Futbol üzrə Kolumbiya çempionatında maraqlı hadisə baş verib.
AZERFAX.AZ xəbər verir ki, “Santa-Fe” klubunun futbolçusu Uqo Rodalyeqa zədələnib və meydançanı tərk etmək istəyib. Komanda yoldaşlarının israrından sonra futbolçu oyuna davam edib. Axsayaraq oynayan futbolçu fərqlənməyi bacarıb və o qələbə qolunun müəllifi olub. Onun qolu sayəsində “Santa-Fe” klubu “Deportivo İndependiente Medellin” klubuna 2-1 hesabı ilə qalib gəlib. Klub 2016-cı ildən bəri ilk dəfə Aperturada çempion titulunu qazanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.