Hadisə

Samuxda çay kənarında gənc oğlanın meyiti tapıldı.

Samuxda 18 yaşlı oğlanın meyiti tapılıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, Kür çayının rayon ərazisindən keçən hissəsinin kənarında 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun bir müddət əvvəl ürək əməliyyatı keçirib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Samux rayon şöbəsinə təhvil verilib.  Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button