İdman

Çempionluq kəmərini itirdi

Cənubi afrikalı boksçu Kevin Lerena (31-5, 15 KO) məcburi iddiaçı Riyad Merhiyə (36-3, 29 KO) məğlub olaraq WBC versiyası üzrə dünya çempionu titulunu itirib.

AZERFAX.az xəbər verir ki, döyüş Belçikanın Şarlerua şəhərində yerləşən Dome arenasında keçirilib və bütün 12 raund davam edib. Merhi qarşılaşmaya daha yaxşı hazırlaşmış təsir bağışlayıb və xüsusilə döyüşün ikinci yarısında daha fəal olub. Nəticədə o, hakimlərin yekdil qərarı ilə qalib gəlib – 117:111, 116:112, 115:113.

Boksçular 2023-cü ilin mayında da üz-üzə gəlmişdilər. Həmin vaxt hakimlərin yekdil qərarı ilə qələbəni Lerena qazanmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button