Hadisə

Telefona gələn zənglə kartından 7000 manat oğurlandı – VİDEO

Özünü bank əməkdaşı kimi təqdim edən kiberdələduzlar vətəndaşın kredit kartından 6800 manat pul çıxarıblar. Hadisə Qobustan rayon sakini Şöhrət Zaidovun başına gəlib.

AZERFAX.az xəbər verir ki, “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən vətəndaşın sözlərinə görə, telefonuna zəng edilib və kart hesabına kənar müdaxilə olduğu bildirilib.

Zəng edən şəxs kartın təhlükəsizliyinin təmin olunması üçün təsdiq kodunun təqdim edilməsini istəyib.

Şöhrət Zaidov da deyilənlərə inanaraq kodu qarşı tərəfə verib. Elə hər şey də bundan sonra baş verib:

Şikayətçi deyir ki, kredit kartından 6800 manat pul çıxılıb və hər ay ödənişi etməlidir. Ancaq ödənişi edə bilmədiyi üçün üstün faiz gəlir:

Zərərçəkmiş məsələnin araşdırılmasını və həmin dələduzların tapılmasını istəyir.

Related Articles

Bir cavab yazın

Back to top button