Siyasət

Nikol Paşinyan: “Sakinlərin bir çoxu ölkənin ərazisini tanımır”.

Ermənistanın baş naziri Nikol Paşinyan sakinlərin bir çoxunun ölkənin ərazisini tanımamaqda ittiham edib.

Bu barədə AZERFAX.az xarici mətbuata istinadən xəbər verir.

“29.743 kvadrat kilometrlik ərazi çoxlarına tanış deyil. Əsl Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri olan Ermənistan Respublikasıdır. Bu çox sadə ifadə kimi görünür, amma son illər bu rəqəmin bir çoxumuza tanış olmadığını görəndə təəccübləndim: 29.743 kvadrat kilometr çoxumuza tanış deyil”, – baş nazir “Real Ermənistan” ideologiyası layihəsinin ikinci müzakirəsi zamanı deyib.

“Sual yaranır: niyə bu rəqəm bizə tanış deyil, çünki bu, dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisidir? Bir sıra məlum vəziyyətlərdə tənqid səsləndi: niyə mən bu və ya digər ölkənin ərazi bütövlüyünü tanıdım? Bunun motivasiyası nədir? Bildirmək istəyirəm ki, bunun üçün ən vacib motivasiya özümüzün əvvəlcə ölkəmizin ərazi bütövlüyünü tanımağımız idi”, – o deyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button