Qərbi Azərbaycan Xronikası: Qədim türk yurdu Arxaşanın erməniləşdirilmə sirri

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Qədim türk yurdu Arxaşanın erməniləşdirilmə sirri” adlı süjet hazırlanıb.
AZERFAX.az xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay toponimi, oronimi və hidronimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycan ərazisində yüzlərlə, minlərlə daşınmaz tarix, mədəniyyət, dini abidələr və yurd yerləri ermənilər tərəfindən dağıdılıb, mənimsənilib və vandalizmə məruz qalıb.
Vurğulanır ki, bu ərazilərdə yaşamış azərbaycanlı əhalinin dərin kökü və irsi adı çəkilən toponimlərdən də bəlli olur: “Məhz bu irsi və tarixi qoruyub saxlamaq, yaşatmaq, mənfur ermənilərin özlərinə məkan saydıqları tarixi oğuz yurdlarına qayıtmaq hər birimizin borcudur və bu, mütləq gerçəkləşəcək”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.