Region
Gəncədə dəm qazı qadını xəstəxanalıq etdi.

Gəncədə 26 yaşlı qadın zəhərlənib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü A. Həmzəyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin versiyaya görə, 26 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
AZERFAX.az Qərb Bürosu