Region
Samuxda kişi meyiti tapıldı

Samuxda sahədə kişi meyiti tapılıb.
AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən kəndlərdən birində baş verib.
Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun cansız bədəni heyvan saxlanılan yataqlardan birində aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.
57 yaşlı kişinin çobanlıqla məşğul olduğu ehtumal edilir.
Faktla bağlı araşdırma başlanılıb.



