Region
Gəncədə dəm qazından zəhərlənən qadının durumu necədir?

Gəncədə dəm qazından zəhərlənən 26 yaşlı qadının sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından AZERFAX.az-ın yerli bürosuna verilən məlumatına görə, 15.04.2025-ci il tarixində saat 21:50 radələrində 1999-cu il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb” deyə tibb müəssisəsindən bildiriblər.
AZERFAX.az Qərb Bürosu