Region

Gəncədə maşın vuran 15 yaşlı oğlanın vəziyyəti necədir?

Gəncədə yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil vuran piyada, Şəmkir rayon sakini, 2010-cu il təvəllüdlü E.Rəhimlinin vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib. AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, bu gün saat 12:00 radələrində 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. İkin tibbi yardım göstərilən azyaşlı ixtisaslı tibbi xidmət almaq üçün Uşaq Xəstəxanasına təxliyə olunub. Baş-beyin silkələnməsi, dirsək oynağının sınığı diaqnozu təyin edilən 15 yaşlı pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

AZERFAX Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button