Region

Soygunçuluq edən şəxs saxlanıldı – Qazaxda

Qazaxda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, Qazax Rayon Polis Şöbəsinə naməlum şəxsin rayon sakininə zor tətbiq edərək ona məxsus mobil telefonu və idarə etdiyi “VAZ2106” markalı avtomobili soyğunçuluq yolu ilə ələ keçirməsi və hadisə yerindən uzaqlaşması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən E. Eyvazov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button