Region
Tovuzda iktin düşən 13 yaşlı qız Gəncədə tapıldı.

Tovuz rayonunun Bozalqanlı kəndində itkin düşən A. Süleymanova axşam saatlarında Gəncə şəhərində tapılaraq ailəsinə verilib. Daxii İşlər Nazirliyinin mətbuat xidmətinin Baş inspektoru Eşqin Qasımov AZERFAX.az-ın yerli bürosuna faktı təsdiqləyib:
“Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. Süleymanovanın yeri Gəncə şəhərində müəyyən edilərək, Tovuz Rayonuna gətirilib. Hazırda ailəsinə təhvil verilməsi gözlənilir.”
AZERFAX.az