Region
Tovuzda qəzada 4 nəfər xəstəxanalıq oldu.

Tovuzda 4 nəfərin xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Qovlar qəsəbəsində qeydə alınıb. Qəza zamanı 2001-ci il təvəllüdlü Vüsal Babayev, 2004-cü il təvəllüdlü Rəvan Həsənov, 2002-ci il təvəllüdlü Amil Mustafayev və P. Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.



