Region

Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğuldu

Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənov Həkəri çayında çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button