Sosial

Bu 4 bürcün həyatında yeni dövr başlayır

Astrologiyaya görə, 26 sentyabrda baş verən Qoç Dolunayı bəzi bürclər üçün yeni başlanğıcların və keçmişi geridə qoymağın xəbərçisidir. Qarşıdakı 5 ayda xüsusilə 4 bürcün həyatında mühüm dəyişikliklər yaşana bilər.

AZERFAX.AZ həmin bürcləri təqdim edir:

Qoç – Köhnə problemlər geridə qalır

Qoçlar uzun müddətdir təkrarlanan problemlərdən və onları eyni nöqtəyə qaytaran vərdişlərdən uzaqlaşa bilərlər. Sevgi, pul, karyera və sosial çevrədə canlanma gözlənilir. Bu dövrdə Qoçlar öz istəklərini daha aydın dərk edərək mühüm qərarlar qəbul edə bilərlər.

Oğlaq – Karyerada yüksəliş

Oğlaqlar üçün əsas dəyişiklik karyera və maliyyə sahəsində olacaq. Uzun müddət göstərdikləri səylərin nəticəsini görə bilərlər. Yeni iş təklifi, vəzifə artımı və ya maddi rahatlıq gətirəcək bir fürsət gündəmə gələ bilər. Gözlənilən uğurun reallaşması üçün də şərait əlverişli görünür.

Tərəzi – Münasibətlərdə mühüm qərar

Tərəzilərin həyatında dəyişikliklərin mərkəzində münasibətlər dayanacaq. Eşq həyatında yaşanan qeyri-müəyyənlik və emosional dalğalanmalar sona çata bilər. Yeni münasibətin başlanması və ya mövcud münasibətlə bağlı mühüm qərarın verilməsi mümkündür. Subay Tərəzilər üçün isə yeni və güclü emosional bağın yaranması ehtimalı var.

Xərçəng – Keçmişlə vidalaşır

Xərçənglər üçün əsas mövzu keçmişi geridə qoymaq olacaq. Köhnə münasibətlərdən qalan incikliklər və emosional yük yenidən gündəmə gəlsə də, məqsəd bunlardan azad olmaqdır. Xərçənglər özlərini yoran insanlardan və təkrarlanan münasibət problemlərindən uzaqlaşaraq daha sakit və sağlam əlaqələrə yönələ bilərlər.

Related Articles

Bir cavab yazın

Back to top button