İdman
DÇ-2026: Mərakeş 1/4 finala yüksəldi

Futbol üzrə dünya çempionatında Mərakeş Kanadaya qalib gəlib.
AZERFAX.AZ xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unahi fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.
Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay – Fransa cütünün qalibi ilə qarşılaşacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



