İdman
DÇ-nin seks-simvolu ABŞ-dadır: Onları parçalayacağıq

Xorvatiya millisinin azarkeşi İvana Knoll 2026-cı il dünya çempionatında da komandaya azarkeşlik edəcək.
AZERFAX.AZ xəbər verir ki, İvana qrup mərhələsinin ilk turunda İngiltərə ilə oyundan əvvəl Dallasa gəlib.
O, şəhər küçələrində 100 metrlik milli bayraq daşıyan xorvat azarkeşlərinin yürüşündə iştirak edib və yerli mediaya qısa müsahibə verib.
“Mən BBC-yə dedim ki, biz İngiltərəni parçalayacağıq və onlar bunun sonradan deyil, indi baş verdiyinə sevinməlidirlər”, – Knoll deyib.



