İdman
Hemiltondan İngiltərənin məğlubiyyətinə reaksiya: Onlara yazığım gəlir

Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton İngiltərə yığmasının Dünya Kubokunda Argentinaya məğlub olamsına (1:2) reaksiya verib.
AZERFAX.AZ xəbər verir ki, Hemilton Belçika Qran Prisindən əvvəl mətbuat brifinqində bildirib:
“Düşünürəm ki, bu həftə sonu asan olmayacaq. Amma bəli, matçı ağrı ilə izlədim. Oğlanların bu yerə çatdıqları üçün çox qürur duyuram. Nə qədər iş, vaxt və səy sərf etdiklərini təsəvvür edə bilirəm.
Amma Argentinaya qarşı matç… Aman Allahım. Onlara çox yazığım gəlir. Barmaqlarımı çarpazlayıb oturmuşdum, ümid edirdim ki, bu oyunu davam etdirə bilərik, amma alınmadı. Hər şey qaydasındadır, daha güclü qayıdacağıq”.



