İdman
Alvares barədə qərar verildi


Xulian Alvares transfer pəncərəsində”Atletiko Madrid”dən ayrılmayacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə klubun baş direktoru Migel Anxel Xil açıqlama verib. O bildirib ki, Madrid təmsilçisi argentinalı futbolçunu satmaq niyyətində deyil. Onun sözlərini jurnalist Fabritsio Romano “X” hesabında paylaşıb.
Baş direktorun sözlərinə görə, bu mövqe həm Alvaresə və onun nümayəndələrinə, həm də “Barselona” rəhbərliyinə çatdırılıb. O vurğulayıb ki, klub Alvaresi komandanın əsas hücumçularından biri hesab edir və onun transferi ilə bağlı heç bir təklifi dəyərləndirməyi planlaşdırmır.
Daha əvvəl Fabritsio Romano “Barselona”nın futbolçu üçün 100 milyon avro təklif etdiyini yazmışdı.



