İdman
NHL-də yeni mövsümün favoritləri – Bukmekerlər əmsalları açıqladı

NHL-də yeni mövsümü sentyabrın sonunda başlayır.
AZERFAX.AZ xəbər verir ki, bukmekerlər artıq Stenli Kubokunun qalibi üçün əmsalları dərc ediblər.
Mütəxəssislər “Florida”nı titula əsas iddiaçısı hesab edirlər – 7.50 əmsal.
Növbəti yerdə 8.00 əmsalla Stenli Kubokunun hazırkı çempionu “Karolina” gəlir. “Kolorado” isə 8.50 əmsalla çempiondan sonrakı yerdədir.
Əsas namizədlər arasında 10.00 əmsallı “Edmonton” və 11.00 əmsallı “Veqas” da var.
“Tampa-Bey” də 13:00 əmsalla favorit hesab olunur. “Minnesota” 14:00-da favoritlər siyahısında bir qədər aşağıdadır.
Aleksandr Oveçkinin yer aldığı “Vaşinqton” da çempionluğa iddialılar arasındadır. Paytaxt klubunun Stenli Kubokunu qazanmaq şansı 16:00 əmsalla dəyərləndirilir.



