İdman
“Qalatasaray” İsveçin “qol karalı”nı alır


İstanbulun “Qalatasaray” klubu heyətini gənc və sürətli futbolçu ilə gücləndirməyə hazırlaşır. Türkiyə təmsilçisi İsveçin “Sirius” klubunun şərəfini qoruyan Robbie Urenin xidmətində maraqlıdır.
AZERFAX.AZ İsveç mediasına istinadla xəbər verir ki, sarı-qırmızılı klubun rəhbərliyi 22 yaşlı futbolçunun keçidini reallaşdırmaq üçün İsveç təmsilçisi ilə danışıqlara başlayıb. “Trabzonspor” və “Çelsi” kimi tanınmış klublar da Ureyə “elçi” duşdüyü üçün danışıqların detalları gizli saxlanılır.
Qeyd edək ki, Robbie Ure ötən mövsüm “Sirius”un heyətində 49 matça çıxıb. Gənc hücumçu 31 qol vurub və 7 məhsuldar ötürmə verib.



