İdman

Qoldan sonra Trampı ələ saldılar

Belçika millisinin ABŞ-ni 4:1 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəldiyi oyunla bağlı müzakirələr davam edir.

AZERFAX.az xəbər verir ki, Belçika futbolçuları vurduqları dördüncü qoldan sonra ABŞ Prezidenti Donald Trampa mesaj göndəriblər. Futbolçular qolu Trampın seçki kampaniyalarında məşhurlaşan rəqs hərəkətlərini təqlid edərək qeyd ediblər. Matçdan sonra Belçika millisinin rəsmi sosial media hesabında isə “Overturn this” (“Bunu da ləğv edin”) paylaşımı edilib.

Qeyd edək ki, qarşılaşma öncəsi ABŞ millisinin hücumçusu Folarin Balogun ətrafında yaranan qalmaqal böyük rezonans doğurmuşdu. FIFA onun əvvəlki oyunda aldığı qırmızı vərəqəyə görə tətbiq olunan avtomatik bir oyunluq cəzanı dayandıraraq Belçika ilə matçda meydana çıxmasına icazə vermişdi. Bu qərar Belçikada ciddi narazılıq və etirazlara səbəb olmuşdu.

Donald Tramp isə sonradan FIFA prezidenti Canını Infantino ilə əlaqə saxladığını və Baloquna göstərilən qırmızı vərəqəyə yenidən baxılmasını xahiş etdiyini etiraf edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button