İdman
UFC çempionu yenə də xəstəxanaya yerləşdirildi

UFC çempionu Petr Yan növbəti dəfə xəstəxanaya yerləşdirilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Yan özü məlumat verib. O, xəstəxana otağından video paylaşıb.
İyun ayında Yan planlaşdırılmış əməliyyat keçirdi ki, bu da UFC çempionu üçün 2026-cı ildə ikinci cərrahi əməliyyat idi. “Hamınızın günü xeyirli olsun! Bir gün vaqonda, ikisi piyada. Müayinə üçün xəstəxanada. Hər şey yaxşı gedir, tezliklə işə qayıdacağıq”, – deyə rusiyalı sosial mediada paylaşdığı videoda bildirib.
Petr Yan 25 MMA döyüşündən 20-də qalib gəlib. Onun növbəti rəqibinin gürcüstanlı Merab Dvalişvili olacağı gözlənilir.



