Dünya

Ərdoğan Türkiyə millisinə səsləndi: “Vurduğunuz qol olsun!”

Bütün Türkiyə 24 il sonra yığma komandanın yenidən futbol üzrə Dünya Çempionatında iştirakını həyəcanla və səbirsizliklə gözləyir.

AZERFAX.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DÇ-2026-da Avstraliya ilə Bakı vaxtı ilə 08:00-da qarşılacaq Türkiyə millisinə uğurlar arzulayarkən deyib.

“86 milyon vətəndaşın hər biri eyni amalla birləşib. Minlərlə kilometr uzaqda olsanız belə, Türkiyənin hər evində, hər küçəsində, hər meydanında qəlblər sizinlə döyünəcək. İndi yeni bir dastan yazmağın vaxtıdır. Yolunuz, bəxtiniz açıq olsun. Vurduğunuz qol olsun!”, – Ərdoğan yığma komandaya qələbə üçün dəstəyi nəzərdə tutub.

Ərdoğan 2002-ci ildə keçirilən dünya çempionatında Türkiyənin üçüncü yeri tutmasını da xatırladıb: “İndi isə yeni bir dastan yazmağın zamanıdır”.

Related Articles

Bir cavab yazın

Back to top button