DÇ-2026: Braziliya Mərakeşi məğlub edə bilmədi

Futbol üzrə dünya çempionatında Braziliya Mərakeşlə üz-üzə gəlib.
AZERFAX.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən C qrupunun matçında qalib müəyyənləşməyib – 1:1.
Afrikalıların heyətində 21-ci dəqiqədə İsmael Saibari fərqlənib. “Sambaçılar”ın bərabərlik qolunu isə 32-ci dəqiqədə Vinisius vurub.
Qeyd edək ki, bu qrupun digər oyunu saat 05:00-da Haiti və Şotlandiya komandaları arasında keçiriləcək.
xxx
02:42
Futbol üzrə dünya çempionatının Braziliya – Mərakeş oyununda ikinci qol vurulub.
AZERFAX.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən C qrupunun matçında Braziliya ığması hesaba tarazlıq gətirib – 1:1.
32-ci dəqiqədə Vinisius dəqiq zərbə müəllifi olub.
xxx
02:28
Futbol üzrə dünya çempionatının Braziliya – Mərakeş oyununda hesab açılıb.
AZERFAX.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən C qrupunun matçında mərakeşlilər hesabda irəli çıxıblar.
İsmael Saibari 21-ci dəqiqədə fərqlənib.
xxx
02:06
Futbol üzrə dünya çempionatının Braziliya – Mərakeş oyunu start götürüb.
AZERFAX.AZ xəbər verir ki, C qrupunun matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.
Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.



