Dünya

İran ABŞ-ın müdafiə nazirini o biabırçılıqdan sonra belə ələ saldı

İranın Türkiyədəki səfirliyi ABŞ-ın hərbi naziri Pit Heqseti Pentaqondakı biabırçı hərəkətindən sonra lağa qoyub.

AZERFAX.AZ xəbər verir ki, nazir səhvən Bibliya əvəzinə Kventin Tarantinonun “Pulp Fiction” filmindən dua sitat gətirib.

Heqset, İranda ABŞ pilotlarının xilasetmə əməliyyatından danışarkən filmin monoloqunu Bibliyaya əsaslanan dua kimi qələmə verib.

İran səfirliyi bununla bağlı sosial media səhifəsində paylaşım edərək naziri lağa qoyub:

“Pit Heqsetin tamamilə Samuel L. Ceksona çevrilmədiyinə görə minnətdar olmalıyıq. Pentaqon indi hərbi strategiya mərkəzindən daha çox film tənqidçisinə bənzəyir”.

Related Articles

Bir cavab yazın

Back to top button