Dünya

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri ələ keçirildi

İraq təhlükəsizlik qüvvələri qonşu ölkəyə dron hücumu planlaşdıran paramilitar qruplaşmanın tərəfdarlarını həbs edib.

AZERFAX.AZ “Əl Hadat” telekanalına istinadla xəbər verir ki, söhbət Babil əyalətində hərbi qruplaşmaya mənsub üç nəfərdən gedir.

Onlardan ölkə xaricində hücumlar üçün hazırlanmış bir neçə qabaqcıl pilotsuz uçuş aparatı müsadirə edilib.

Həbs olunanların dron təlimi üzrə iranlı mütəxəssislərlə əlaqələrinin olduğu iddia edilir.

İraq hökuməti hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button