Ukrayna Rusiyada oynayan 5 futbolçunu “qara siyahı”ya saldı

Ukraynanın “Mirotvorets” saytının bazasına CSKA-nın qapıçısı Vladislav Torop, eləcə də d”Krasnodar”ın 4 futbolçusu (üçü əcnəbidir) əlavə edilib.
AZERFAX.AZ xəbər verir ki, Ukrayna “qara siyahı”ya “Krasnodar”ın heyətində Rusiya çempionu olan nigeriyalı Moses Kobnan David, uruqvaylı hücumçu Juan Boselli, braziliyalı müdafiəçi Jubal və Rusiya millisinin oyunçusu Valentin Paltsevi və ÇSKA-dan Toropu daxil edib.
Bütün futbolçular “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağa cəhddə”, eləcə də 2026-cı ilin mart ayında ÇSKA və “Krasnodar” arasında keçirilən Rusiya Kuboku matçından əvvəl xeyriyyə tədbirində iştirak etməkdə ittiham olunurlar. Tədbirdən əldə edilən gəlir Rusiya Paralimpiya Komitəsinə (RPK) bağışlanıb və qismən Ukrayna müharibəsində iştirak edənlərin reabilitasiyası üçün istifadə edilib.
Əvvəllər də Rusiyadan olan futbolçular və digər idman növlərinin nümayəndələri “qara siyahı”ya əlavə edilib.



