Dünya
Yaponiya sahillərində şiddətli zəlzələ baş verdi

Yaponiya Milli Meteorologiya İdarəsi ölkənin cənubunda seysmik aktivlik qeydə alıb.
AZERFAX.AZ xəbər verir ki, yeraltı təkanlar Kaqoşima prefekturasına aid olan Taneqaşima adasının şərqində, dənizdə baş verib.
Mütəxəssislərin məlumatına görə, zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların maqnitudası 5,2 bal təşkil edib.
Quru sahəsinə yaxınlığına baxmayaraq, xəsarət alanlar və ya dağıntılar barədə heç bir məlumat daxil olmayıb. Sahilyanı rayonlar üçün sunami təhlükəsi elan edilməyib.
Regiondakı seysmik vəziyyət fövqəladə hallar xidmətlərinin nəzarəti altındadır.



