Region

ADAU-da fövqəladə hallarla mübarizə sahəsində nümunəvi tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində Gəncə Dövlət Aqrar Kollecinin tədris binasının akt zalında Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZERFAX.az xəbər verir ki, tədbirdə çıxış edən ADAU-nun Tədris işləri üzrə prorektoru Əhməd Məlikov Universitetin rektoru Zəfər Qurbanovun salamlarını tədbir iştirakçılarına çatdıraraq Fövqəladə Hallar Nazirliyinin yarandığı dövrdən etibarən ölkədə gördüyü səmərəli fəaliyyətindən danışıb.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik leytenant Rauf Abbasov göstərilən təhlükə mənbələri, onların xarakteri barədə məlumat verərək Azərbaycan Dövlət Aqrar Universitetində bu istiqamətdə görülən vacib tədbirləri yüksək dəyərləndirib. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenat Bahayi Nəsirov Regionda Mülki Müdafiə üzrə görülən tədbirlərdən danışaraq ADAU-da görülmüş işləri bütün region üçün nümunəvi hesab edib.

Daha sonra Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev, ADAU-nun Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının əməkdaşları, dosent Nemət Hacıyev və baş müəllim Abbas İbrahimov və “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasının III kurs tələbəsi Yusif Quliyev gözlənilən təhlükə mənbələri və belə halların təsirlərinin aradan qaldırılması üçün görülməsi nəzərdə tutulan tədbirlərdən ətraflı danışıblar.

Tədbirin sonunda ADAU-nun Aqronomluq və zoomühəndislik fakültələrinin binasının qarşısında Gəncə Regional Mərkəzinin əməkdaşı kapitan Əli Xəlilovun rəhbərliyi ilə müxtəlif istiqamətli fövqəladə hallarda xilasetmə və digər təxirəsalınmaz tədbirlərin icrası məqsədilə tətbiq edilən texniki vasitələr, onların xarakteristikası, həmçinin xilasedicilərin praktiki işlərinin nümunəvi nümayişi keçirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button