Dünya

İranın hücumu İsraildə həyatı iflic etdi

İranın İsrailə raket hücumundan sonra İsrailin Daxili Cəbhə Komandanlığı ölkə miqyasında fövqəladə vəziyyət tədbirlərini tətbiq edib.

AZERFAX.AZ xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə, tədbirlər çərçivəsində ilk qərar İsraildəki bütün təhsil fəaliyyətlərini tamamilə dayandırmaq olub.

Təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldıran hakimiyyət orqanları ictimaiyyətə qarşı məhdudiyyətləri də sərtləşdiriblər. Yeni qaydalara görə, açıq ərazilərdə maksimum 200 nəfərin, qapalı ərazilərdə isə maksimum 500 nəfərin toplaşmasına icazə veriləcək.

İsrailin “Channel 12” televiziyasının məlumatına görə, “Ben Qurion” Hava Limanı hazırda uçuşlar üçün açıqdır. Lakin təhlükəsizlik təhdidinin artması səbəbindən hakimiyyət orqanlarının hava limanını da bağlamaq istədikləri qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button